ASQ-dən şok qərar: Bu bülletenlər etibarlı sayılacaq

23-06-2019, 19:03           
ASQ-dən şok qərar: Bu bülletenlər etibarlı sayılacaq
Türkiyə Ali Seçki Qurumu (ASQ) İstanbul Böyükşəhər Bələdiyyəsi seçkiləri ilə bağlı maraqlı qərar verib.

Axar.az xəbər verir ki, AKP və CHP-nin müraciəti əsasında qurum seçki zamanı yanlış möhür vurulan, möhürsüz olan, birdən çox möhür vurulan bülletenlərin etibarlı hesab olunacağını bildirib.

Qərar qurumun toplantısı zamanı qəbul olunub.

Qeyd edək ki, bu gün İstanbul bələdiyyəsi sədrliyi uğrunda təkrar seçki keçirilir. Mübarizə Ədalət və İnkişaf Partiyasının namizədi Binəli Yıldırım və Cümhuriyyət Xalq Partiyasının namizədi Əkrəm İmamoğlu arasında gedir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru