Baxçalı seçkinin nəticələrinə münasibət bildirib

24-06-2019, 00:41           
Baxçalı seçkinin nəticələrinə münasibət bildirib
Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Baxçalı İstanbul Böyükşəhər Bələdiyyə sədrliyi vəzifəsi üçün təkrar keçirilən seçkinin nəticələri ilə bağlı yazılı açıqlama paylaşıb.

APA-nın yerli bürosunun xəbərinə görə, MHP lideri bildirib ki, hazırda 23 iyun bələdiyyə sədrliyinə keçirilən seçknin nəticələri, CHP namizədinin səs üstünlüyü qazanması Cümhur İttifaqının mövqeyini əsla dəyişdirməyəcək: “Haqqın və həqiqətin yanında olmaq əzmimizi itirməyəcəyik”.

D.Baxçalı hazırda Türkiyə ictimaiyyətində erkən prezidentlik və parlament seçkiləri keçirilməsilə bağlı səslənən fikirlərə də mövqeyini bildirib: “Yeni bir erkən seçim keçirmək cəhdi ölkəmiz üçün ən böyük pisliklərdən biri ola bilər. Cümhur İttifaqı müqəddəs varlığını qoruyacaq. Türkiyənin artan daxili və xarici problemlərinə qarşı birgə hərəkət etməmiz müzakirəsiz bir gerçəkdir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru