İmamoğlunun qələbəsindən sonra AKP-də ilk istefa

24-06-2019, 10:13           
İmamoğlunun qələbəsindən sonra AKP-də ilk istefa
Hakim "Ədalət və İnkişaf" Partiyasının İstanbuldan olan vilayət rəhbəri Bayram Şenocakın seçkilərin nəticəsindən sonra istefa verdiyi irəli sürülüb. FaktXəbər bildirir ki, bu barədə "Odatv" məlumat yayıb.

Bələdiyyə seçkilərini uduzan Binalı Yıldırım İstanbul Vilayət binasından çıxarkən partiya üzvləri onu dəstəkləyən şüarlar səsləndirib. Eyni zamanda nümayişçilər Bayram Şenocakın istefasını tələb ediblər.

Qeyd edək ki, Türkiyədə dünən baş tutuan bələdiyyə seçkilərində CHP-nin namizədi Əkrəm İmamoğlu 54,03 faiz səslə rəqibi Binəli Yıldırıma qalib gəlib. Sabiq baş nazir, hakim partiyanın namizədi isə 45,09 faiz səs toplaya bilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru