ABŞ ordusunu çəkdikdən sonra Suriyadakı bazasını məhv edib

16-10-2019, 17:15           
ABŞ ordusunu çəkdikdən sonra Suriyadakı bazasını məhv edib
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri geri çəkildikdən sonra Suriyanın Eyn əl-Ərəb (Kobani kürd adıdır) bölgəsindəki Türkiyə ilə sərhəddəki bazasını məhv etdi. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Suriyanın milli agentliyi SANA agentliyi xəbər verib.

"ABŞ-ın qanunsuz koalisiyası Hələb əyalətinin şimal-şərqindəki Ein əl-Ərəb bölgəsindəki Harab Eşek bazasından geri çəkildikdən sonra oranı dağıdıb" deyə agentlik yazır.

Bazar günü kürdlərlə Dəməşq arasında Suriya ordusunun Mənbic bölgəsi, Tabka Hərbi Hava Qüvvələri bazası və Raqqa bölgəsində eyni adlı şəhər, eləcə də Ayn-İsa və Tel-Təmr şəhərlərinə gətirilməsi ilə bağlı razılaşmaların elan olunmasından sonra adıçəkilən ərazilər hökumət nəzarətinə verilib.

Kürdlər və Şam arasındakı razılığa əsasən, Suriya ordusu türk qüvvələrinin hücumlarını dəf etmək və yerli əhalini qorumaq üçün bütün sərhəd əraziyə nəzarət etməlidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.