“Onların Liviyada nə işi var?” - Ərdoğan Liviyadakı muzdluların sayını açıqladı

26-12-2019, 00:45           
“Onların Liviyada nə işi var?” - Ərdoğan Liviyadakı muzdluların sayını açıqladı
«Vaqner» özəl hərbi şirkətinin (ÖHŞ) Liviyadakı fəaliyyəti çoxdandır Türkiyə Cümhuriyyətinin (TC) prezidenti Rəcəb Tayyib Ərdoğanı narahat edir. Türkiyə lideri yenidən muzdluların Liviyada iştirakının qununauyğunluğu məsələsini qaldırıb.

Tunis prezidenti Kais Səidlə danışıqlardan sonra, Ərboğan ik dəfədir ki, «Vaqner» ÖHŞ döyüşçülərinin sayını açıqlayıb - 2 min nəfər.

Bundan başqa, o, Sudandan olan 5 min nəfər muzdludan da söhbət açıb. Onlar vaqnerçilərlə əl-ələ işləyirlər.

«Nə üçün və niyə bu gün Liviyada 5 min sudanlı və 2 min vaqnerçi yerləşib? Onlar orada nə edirlər?» -deyə, «Anadolu» agentliyi Ərdoğandan sitat gətirir.

Bundan əvvəl, Türkiyə prezidenti bəyan etmişdi ki, Ankara rusiyalı muzdluların Liviyadakı fəaliyyətinə göz yummayacaq. Çünki Türkiyə Liviya Milli Həmrəylik Hökumətini (MHH) dəstəkləyir.

KİV-in məlumatına görə, Rusiya, Fransa, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir Həftarı dəstəkləyir, Türkiyə, Qətər və İtaliya isə MHH-nin tərəfindədir.

AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru