44 il uçdum, belə bir təyyarə qəzası görmədim - Türk pilot

6-02-2020, 10:03           
44 il uçdum, belə bir təyyarə qəzası görmədim - Türk pilot
Bu qəzanın sərt enişlə əlaqəsi yoxdur. Təyyarə parçalanıb. 44 il uçdum, belə bir şey görmədim.

Axar.az xəbər verir ki, bunu Sabiha Gökçən hava limanındakı təyyarə qəzasına münasibət bildirərkən təqaüddə olan türkiyəli pilot Mustafa Kolko bildirib.

"Sərt enişlə təyyarənin bu qədər parçalandığını görməmişdim. Burada başqa bir hadisə var. Mülki aviasiya qara qutunu araşdırdıqdan sonra nə baş verib, təyyarənin sürəti nə qədər olub, hamısı ortaya çıxar", - Kolko söyləyib.

Qeyd edək ki, ötən gün "Peqasus" aviaşirkətinə məxsus sərnişin təyyarəsi İstanbulun Sabiha Gökçən hava limanına sərt eniş edib, nəticədə zolaqdan çıxan təyyarə 3 hissəyə parçalanıb. Qəzada 1 nəfər dünyasını dəyişib, 157 nəfər yaralanıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.