Lirə sürətlə ucuzlaşır - Türkiyədən məhsul idxal edənlər daha çox qazancaq

14-03-2020, 16:56           
Lirə sürətlə ucuzlaşır - Türkiyədən məhsul idxal edənlər daha çox qazancaq
Son bir həftə ərzində Türkiyənin milli valyutası - lirə dollar qarşısında 4% ucuzlaşıb.
Yeniavaz.com xəbər verir ki, mart ayının 8-də 1 dollar 6,09 lirə olduğu halda, bu gün (14 mart) 6,33 lirəyə satılır.
Qeyd edək ki, lirənin ucuzlaşması Türkiyədən ölkəmizə məhsul idxal edənlərin daha çox qazanc əldə etməsinə səbəb olacaq. Bildiyimiz kimi, Türkiyə idxalda Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Bu ilin yanvar ayı ərzində Türkiyədən ölkəmizə 102 milyon dollar dəyərində məhsul idxal olunub ki, bu da ümumi idxalın 14-ini təşkil edib.
Məsələn, bir həftə əvvəl Türkiyədə dəyəri 100 lirə olan hər hansı bir məhsul üçün 16,4 dollar (27,9 manat) ödəyirdiksə, bu gün eyni məhsula 15,8 dollar (26,8 manat) ödəyirik.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru