“Mübariz Mənsimovun həbsinin qurulma iş olduğunu bilirəm” -Rüstəm Behrudi

18-03-2020, 11:18           
“Mübariz Mənsimovun həbsinin qurulma iş olduğunu bilirəm” -Rüstəm Behrudi
Tanınmış şair Rüstəm Behrudi Mart ayının 15-də Türkiyədə saxlanılan və barəsində həbs qərarı verilən azərbaycanlı iş adamı Mübariz Mənsimov barədə sosial şəbəkədə paylaşım edib.

“HAQQ NAZİLƏR,ANCAQ,ÜZÜLMƏZ!

Mübariz Məsumovun Türküyədə həbsi ilə bağlı xəbər məni çox üzdü!
Atası Qurban kişi ilə dostluq etdiyimdən ,o ailəni yaxından tanıyıram! Haqqı nahaqdan seçən,zəhmətkeş bir ailədə tərbiyə alan,ağlı,bacarığı sayəsində gəlib bir yerlərə çıxan Mübariz bəyin öz xalqına ,vətəninə sevgisini,sədaqətini bildiyimdən bu həbsin qurulma iş olduğunun fərqindəyəm!

Paylaşmaq duyğusunu öz yaşam tərzinə çevirən bir adamı millətinə olan sevgisindən dolayı həbs eləmək ,terrorçularla əlaqədə suçlamaq çox gülməldi.
Mübariz bəyə dözüm, Qurban dayıya səbrli olmağı arzulayıram!

Qurban kişi, bir el məsəlini sən bizdən yaxşı bilirsən–haqq nazilər,ancaq,üzülməz!
Mübariz bəyi azadlıqda görmək arzusu ilə!”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru