Türk professorun Azərbaycanla bağlı rəyi... – ÜST-dən cavab

18-03-2020, 16:59           
Türk professorun Azərbaycanla bağlı rəyi... – ÜST-dən cavab
Ümumdünya Səhiyyə Təşkilatının məsləhətçisi qismində Azərbaycana səfər etmiş professor Öndər Ərgönülün "XəbərTürk" telekanalına müsahibəsi zamanı verdiyi açıqlama onun şəxsi fikirləridir və ÜST-nin rəsmi mövqeyini əks etdirmir.

Axar.az xəbər verir ki, bunu türk professorun açıqlamasına cavab olaraq Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyi qeyd edib. Nümayəndəlikdən bildirilib ki, ÜST-nin mandatı hər bir ölkədə, o cümlədən Azərbaycanda inkişaf üçün sahələri müəyyənləşdirmək, COVID-19 təhlükəsinə qarşı cavab tədbirlərinin gücləndirilməsinə dəstək göstərməkdir:

"ÜST-nin Azərbaycandakı Ofisi regional ofis və baş qərargahla sıx təmasda olmaqla hökümətlə kliniki idarəetmə, infeksiyaların qarşısının alınması və nəzarət, eləcə də risk kommunikasiyası daxil olmaqla önəmli sahələrdə əməkdaşlıq edir. Fürsətdən istifadə edərək, Ümumdünya Səhiyyə Təşkilatı COVİD-19-la bağlı milli və beynəlxalq səviyyədə göstərdiyi ciddi səylərə görə Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirir".

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məsləhətçisi qismində Azərbaycana səfər etmiş professor Öndər Ərgönül "XəbərTürk" telekanalına açıqlamasında "Azərbaycanda vəziyyət çox pis ola bilər. Bu kimi ölkələrə çox pis təsir edəcək. Test etmə mərkəzləri yoxdur. İnfeksiya müayinə mərkəzləri yoxdur. Bu, çox vacib bir şeydir", - deyə bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru