Türkiyədə koronavirusdan ölənlərin sayı 100-ə yaxınlaşır

28-03-2020, 00:01           
Türkiyədə koronavirusdan ölənlərin sayı 100-ə yaxınlaşır
Türkiyədə son sutka ərzində koronavirusa yoluxanların sayı 2,1 min nəfər artaraq 5698-ə, ölənlərin sayı isə 92-yə çatıb.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

“Bu gün 7533 test keçirilib, onlardan 2069-u müsbət nəticə verib, bizdə ümumilikdə 5698 xəstə var. Biz daha 17 pasiyentimizi itirdik, ümumilikdə 92 ölü var”, – Qoca jurnalistlərə deyib.

Qeyd edək ki, daha əvvəl 75 nəfərin öldüyü, 3629 nəfərin yoluxduğu barədə xəbər verilirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru