Türkiyədə xarici aviareyslər dayandırıldı

28-03-2020, 00:47           
Türkiyədə xarici aviareyslər dayandırıldı
Türkiyədə koronavirusla mübarizə çərçivəsində bır sıra qərarlar qəbul edilib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.

Qeyd edilib ki, sabahdan etibarən Türkiyədə sakinlər yalnız yerli hakimiyyət orqanlarının icazəsi ilə ölkənin digər şəhərlərinə səyahət edə biləcəklər.

“Bu gün biz sabitlik və xalqımızın gələcəyi naminə yeni tədbirlər paketi qəbul etdik. Bütün xarici aviareyslər tamamilə dayandırılıb. Uzaq məsafəli səfərlər üçün qubernatorlardan icazə almaq lazımdır, bu, ilk növbədə 30 böyük şəhərə aiddir. Şirkətlərdə minimum işçilər olacaq. Evdə qalmağa, özümüzü təcrid etməyə davam edirik” - deyə, Türkiyə prezidenti vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru