Türkiyədə ard-arda 3 zəlzələ

29-03-2020, 10:38           
Türkiyədə ard-arda 3 zəlzələ
Türkiyənin Malatya şəhərində 3,8 bal gücündə zəlzələ olub.

Axar.az xəbər verir ki, Qala qəsəbəsində baş verən zəlzələ yerin 5 kilometr dərinliyində meydana gəlib.

Bildirilir ki, bu zəlzələdən 1 dəqiqə sonra qəsəbədə yenidən 3 bal gücündə yeraltı təkanlar baş verib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

***

Türkiyənin Manisa vilayətində də 4,1 bal gücündə zəlzələ olub.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilir ki, Akhisar qəsəbəsində baş verən zəlzələ yerin 7 kilometr dərinliyində meydana gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru