Türkiyədə koronavirus həqiqəti gizlədilirmi? – ŞOK GÖRÜNTÜLƏR

30-03-2020, 00:00           
Türkiyədə koronavirus həqiqəti gizlədilirmi? – ŞOK GÖRÜNTÜLƏR
Türkiyədə koronavirus həqiqəti gizlədilirmi? – ŞOK GÖRÜNTÜLƏR
Koronavirusun geniş şəkildə yayıldığı ölkələrdən biri də Türkiyədir.

Ovqat.com xəbər verir ki, qardaş ölkədən gələn xəbərlərdə hər gün izoliyasiya tədbirlərinin daha da artırıldığı qeyd olunur.

Rəsmi məlumatlara görə, Türkiyədə artıq bir sıra kəndlər, rayonlar karantin altına alınır, camilərdə cümə namazları təxirə salınır, insanlar “evdə qal” kampaniyasına dəvər olunur. Bütün bu tədbirlərə rəğmən, Türkiyədə hər gün ölüm sayısında artım yaşanır. Baxmayaraq ki, bu, rəsmi sənədlərdə kritik həddə görünmür. Ölkənin koronavirus statistikasına inansaq, Türkiyədə indiyədək 108 nəfər bu xəstəlikdən dünyasını dəyişib.



Sosial şəbəkələrdə yayılan foto-şəkillər isə vəziyyətin daha ağır olduğu barədə qənaət formalaşdırır. Nəzərə alsaq ki, bu günə qədər xaricdən gələrək karantin altına alınan vətəndaşlarımızın böyük qismi Türkiyənin payına düşür, qardaş ölkədə real həqiqlər bizim rəsmiləri də düşündürməlidir.

Daha artıq şərhə ehtiyac duymadan fotoları “danışdırmağa” qərar veririk.

Məkan İstanbul,

Tarix 25.03.2020-dən sonra.



Qeyd edək ki, rəsmi məlumatlara Türkiyədə 21 min azərbaycanlı tələbə təhsil alır və onun böyük əksəriyyəti bu videonun çəkildiyi İstanbul universitetlərinin tələbələridir. İndiyədək tələbələrdən yalnız 2 mini təxliyə olunub. 80 tələbə hazırda İstanbul hava limanında gecələmək məcburiyyətindədir.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.