Xarici ölkələrdə koronavirusdan ölən Türkiyə vətəndaşlarının sayı açıqlandı

1-04-2020, 10:03           
Xarici ölkələrdə koronavirusdan ölən Türkiyə vətəndaşlarının sayı açıqlandı
Xarici ölkələrdə koronavirusdan ölən Türkiyə vətəndaşlarının sayı açıqlandı
“İndiyədək xarici ölkələrdə Türkiyənin 98 vətəndaşı koronavirusdan ölüb”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TRT-yə müsahibəsində bildirib.

“50-dən artıq ölkədən 20 mindən çox vətəndaşımızın qayıdışını təşkil etmişik. Hazırda xarci ölkələrdə 10 minə yaxın vətəndaşımız var. Karantin rejimini nəzərə alaraq vətəndaşlarımızı gətirməyə davam edəcəyik. Türkiyəyə dönüşü təmin olanlara isə dəstəyimizi əsirgəməyəcəyik”,-deyə nazir vurğulayıb.

Qeyd edək ki, martın 31-də Türkiyədə daha 46 nəfər pandemiyanın qurbanı olub. Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 214-ə çatıb. Martın 31-də infeksiyaya yoluxanların sayı 2 704 nəfər artaraq ümumilikdə 13 531 nəfərə yüksəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru