Laboratoriyalarda koronavirus test nəticələri gizlədilib - ŞOK!

3-04-2020, 10:30           
Laboratoriyalarda koronavirus test nəticələri gizlədilib - ŞOK!
Türkiyədə koronavirus test nəticələrini gizlədən iki laboratoriyada araşdırma başlayıb.

Teref.az xəbər verir ki, “Demirören Haber Ajansı”nın (DHA) məlumatına görə, İstanbul Baş Prokurorluğu iki xüsusi tibb laboratoriyası işçisinə qarşı araşdırma aparır.

Onlar koranavirus analizi verən insanların məlumatlarını Səhiyyə Nazirliyi və səlahiyyətli qurumlarla paylaşmamaqla ictimai sağlamlığa təhlükə yaratmaq iddiası ilə ittiham edilirlər.

Laboratoriya işçiləri ifadələrində bunların “şəxsi məlumatlar” olması səbəbi ilə açıqlanmadığını deyiblər.

Bununla əlaqədar olaraq tibb müəssisələrinin rəhbərlikləri də ifadə verəcəklər.

Günahları sübut olunarsa, karantin qaydasını pozan həmin şəxsləri iki aydan bir ilə qədər həbs cəzası gözləyir./medicina.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru