Türkiyədə zəlzələ oldu

3-04-2020, 10:40           
Türkiyədə zəlzələ oldu
Türkiyənin Van şəhərinin Tusba rayonunda 4,7 bal gücündə zəlzələ olub.

KONKRET.az xəbər verir ki, bunu ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi açıqlayıb.

Məlumata görə, yeraltı təkanlar aprelin 3-də Bakı vaxtilə saat 09:44-də baş verib. Zəlzələnin ocağı 13 km dərinlikdə yerləşib.

Ölən və xəsarət alanların olub-olmaması, həmçinin dağıntı barədə hələlik məlumat verilməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.