Koronavirus xəstələri üçün canlı konsertlər: Təbrizdə “Səni deyirlər”, Bakıda “Yanıq Kərəm"

4-04-2020, 10:05           
Koronavirus xəstələri üçün canlı konsertlər: Təbrizdə “Səni deyirlər”, Bakıda “Yanıq Kərəm"
Bu yaxınlarda İranın Xuzistan bölgəsində koronavirus xəstələri üçün canlı konsert təşkil edildiyini yazmışdıq. Onu da qeyd etmişdik ki, tibb elmində muzikaterapiya deyilən bir metod var və bu metod bəzi xəstəliklərin musiqi ilə müalicə edilməsi prinsipinə əsaslanır. Xuzistan xəstəxanasındakı konsert də bu məqsədlə təşkil olunmuşdu.
Doğrusu, bizə qəribə gələn koronavirus xəstələri üçün konsertin təşkil edilməsindən çox, ermənicə mahnının oxunması idi. Çünki hər bir xalqın öz milli mahnılarının müalicəyə daha müsbət təsir edəcəyinə inandığımızdan xəstələrin əksəriyyətinin dilində musiqi səsləndirilməsini daha məqbul görmüşdük. Xəstəxana isə Dezful adlı şəhərdə yerləşir və şəhərin əhalisinin böyük əksəriyyəti isə dezfulca deyilən nadir dildə danışır. Dezfullular üçün niyə məhz erməni mahnısının seçilməsi bu mənada bizə təəccüblü gəlmişdi.
Bunlar öz yerində. Bu dəfəki mövzumuzun erməni mahnısına çox az dəxli var. Biz də başqa mətləblər üzərində çox durmadan birbaşa mətləbə keçirik.

Görünən budur ki, İranın bir çox yerlərində uğurla həyata keçirilən muzikaterapiya metodu indi Azərbaycan insanları üçün tətbiq olunur. Özü də təkcə Cənubi Azərbaycanda yox, həmçinin bizdə də. Sizə biri Təbriz, biri Azərbaycan xəstəxanalarında çəkilmiş iki koronavirus konserti təqdim edirik. Təbrizdəki konsertdə xəstələr “Səni deyirlər”, bizdəki konsertdə isə həkimlər “Yanıq Kərəm” mahnısı ilə stress atırlar.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.