Başbuğ Alparslan Türkeşin vəfatından 23 il keçdi

4-04-2020, 21:47           
Başbuğ Alparslan Türkeşin vəfatından 23 il keçdi
Türk zabiti və siyasətçisi Başbuğ Alparslan Türkeşin vəfatından 20 il ötür
Bu gün böyük lider, türk dünyasının əfsanəvi siması Alparslan Türkeşin (Başbuğun) vəfatının 23-ci ildönümüdür.
Alparsan Türkeş 1917-ci ildə Lefkoşada (Şimali Kipr) anadan olub. 1933-cü ildə, yeniyetmə yaşında ailəsi ilə birgə İstanbula köç edib. Türkeş özünün bütün şüurlu həyatını böyük türk millətinə və türk dünyasının maraqlarına xidmətə həsr eləyib.

Hələ orta məktəb illərindən özünün türkçülüyü ilə fərqlənən Türkeş sonadək türkçülüyə sadiq qalıb və bu yolda hədsiz xidmətlər göstərib. Məhz bu xidmətlərinə görə ona Başbuğ adı verilib.

O, türk-milliyyətçi kəsimin (“Bozqurd”ların, Ülküçülərin) mənəvi atası, ölməz lideri hesab olunur. Türkiyə Milliyyətçi Hərəkat Partiyasının banisidir. Alparsalan Türkeş həm də şanlı türk ordusunun polkovniki olub.

Alparslan Türkeş siyasi türkçülüyün ideoloji bazasını yaradanlardan biri hesab olunur. Onun “Dış türklər” postulatı Türkiyədə uzun illər tənqid olunsa da, SSRİ dağılan kimi bu böyük liderin nə qədər uzaqgörən və haqlı olduğu dərhal üzə çıxdı. Türkiyə dövlətinin həmin zamanlarda SSRİ-dən qopan türk dövlət və topluluqları ilə bütün əlaqələri hazır mexanizmləri olan Milliyyətçi Hərəkət Partiyasının, Alparsalan Türkeşin üzərindən oldu. Çünki dövlət özü bu cür gəlişməyə hazır deyildi.

Türkeş Azərbaycana və onun istiqlalına, Azərbaycan davasına böyük önəm verirdi. Azərbaycan türklərinin lideri və daha sonra prezidenti olan Elçibəylə xüsusi dostluq münasibətləri var idi. Türkeşin təlimatı ilə xeyli sayda ülküçü gənclər 1992-93-cü illərdə Azərbaycana gələrək, ermənilərə qarşı savaşlarda qəhrəmanlıqlar göstəriblər.
Qeyd edək ki, Milliyyətçi Hərəkat Partiyasının qurucusu və ilk lideri Alparslan Türkeş 1997-ci il aprelin 4-də vəfat edib.
Ruhu şad olsun!












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.