Türkiyədən korona ilə bağlı xoş xəbər: 800-ə yaxın insan...
5-04-2020, 00:02
Türkiyədə yeni tip koronavirusdan daha 302 nəfər sağalıb.
Axar.az xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca deyib.
O bildirib ki, bununla ölkə üzrə pandemiyadan sağalanların sayı 786 nəfərə çatıb:
“Çox təəssüf ki, son sutka ərzində 3 min 13 nəfərdə koronavirus aşkarlanıb, 76 nəfər isə həyatını itirib. Ümumilikdə Türkiyədə virusa yoluxanların sayı 23 min 934 nəfərə, ölənlərin sayı isə 501 nəfərə çatıb”.