Xarici ölkələrdə 156 Türkiyə vətəndaşı öldü - KORONAVİRUS SƏBƏBİNDƏN

5-04-2020, 11:21           
Xarici ölkələrdə 156 Türkiyə vətəndaşı öldü -
Xarici ölkələrdə yeni növ koronavirusdan (COVID-19) dünyasını dəyişən Türkiyə vətəndaşlarının sayı 156 nəfərə çatıb.

Publika.az xəbər verir ki, bu barədə Xarici İşlər naziri Mövlud Çavuşoğlu məlumat verib.
Nazir bildirib ki, dünyasını dəyişən türkiyəlilərin əlliyə yaxınının cənazəsi ölkəyə gətirilib. Xarici ölkələrdən öz istəyi ilə vətənə dönmək istəyənlərin təxliyəsi və cənazələrin gətirilməsi davam edir.
Aprelin 5-də Səudiyyə Ərəbistanından, növbəti mərhələdə isə İraqdakı vətəndaşların gətirilməsi təmin olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru