Aşqabad İstanbulda spirtdən ölən vətəndaşları haqda niyə açıqlama vermədi? - Əsl fəlakətdir

10-04-2020, 11:11           
Aşqabad İstanbulda spirtdən ölən vətəndaşları haqda niyə açıqlama vermədi? - Əsl fəlakətdir
50-dən çox Türkmənistan vətəndaşının həyatını itirdiyi İstanbuldakı faciə ölkənin həmyerlilərinə olan münasibətini göstərdi.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, “turkmen.news” nəşri İstanbuldakı faciədən bəhs edən filmdən yazıb.

Mart ayında Türkiyədə 50-dən çox Türkmənistan vətəndaşı saxta alkoqoldan zəhərləniblər. Onlar özlərini koronavirusdan qorumaq istədiklərindən bu addımı atıblar.

Kiçik əhalisi olan Türkmənistan üçün bu, əsl fəlakətdir. Başqa ölkələr və hökumətlər bu cür hallarda ümumiyyətlə nə edirlər? Cəsədlərin çıxarılması üçün xüsusi uçuşlar təşkil edirlər, ailələrə öz övladlarını son mənzilə yola salmaq üçün kömək edirlər, matəm elan edirlər …

Türkmənistan hakimiyyəti nə etdi? Heç nə!

Hətta həmyerlilərinin cəsədlərini qəbul etməkdən imtina etdilər, yerli media İstanbuldakı faciə barədə susur. Sanki heç nə olmayıb, sanki bu insanlar yox idilər.

“Bu pasportun sahibi Türkmənistanın himayəsindədir”. Türkmən pasportlarının ilk səhifəsində belə bir sərt bir açıqlama verilir. Məlum oldu ki, bu, “Dövlət insan üçündür!” şüarı kimi yalandır. Və onlarla insanın necə və nədən öldüyünün əhəmiyyəti yoxdur: axmaqlıqdan və ya elementar şeyləri bilmədən. Əsas odur ki, onlar ölkə vətəndaşlarıdır və çətin anlarında onlara və ailələrinə kömək etmək hər hansı bir hökumətin birbaşa borcudur.

“İndiki Türkmənistan hakimiyyəti bu insanların, əsasən də gənclərin ölümünə, onların yaxınlarının ah-naləsinə biganə qaldılar. Türkiyə isə hər cür köməyini göstərdi.

Bu hökumət insanlara öz vətənlərində, on minlərlə insanlara iş verməyə qadir deyil. Həmyerlilərimiz xarici ölkələrin tikinti sahələrində işləyirlər, xəstələrə baxırlar, kafe və dükanlarda xidmətlər göstərirlər. Öz iradələri ilə deyil, yaxşı həyatları üçün çalışırlar, illərlə ailələrindən, uşaqlarından və yaşlı valideynlərindən uzaq düşürlər” deyə nəşr qeyd edir.

Türkmənistan vətəndaşları Türkiyədə dəfn edilib.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.