Qazaxıstanda koronavirusa yoluxanların sayı artdı

11-04-2020, 09:43           
Qazaxıstanda koronavirusa yoluxanların sayı artdı
Qazaxıstanda daha 28 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.

Cebhe.info xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Məlumata görə, ən çox yoluxma halları Nur-Sultan (229) və Almatı (128) şəhərlərində qeydə alınıb.

Beləliklə, Mərkəzi Asiya ölkəsində qeydə alınmış koronavirusa yoluxma hallarının sayı 840-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1,699,631 nəfərə çatıb. Bunların 376,327 nəfəri sağalıb, 102,734 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru