Türkiyə ehtiyacı olanlara dəstək kreditinə start verdi - 6 ay geri ödəməsiz və aşağı faiz...

11-04-2020, 13:21           
Türkiyə ehtiyacı olanlara dəstək kreditinə start verdi - 6 ay geri ödəməsiz və aşağı faiz...
Türkiyə koronavirus səbəbiylə pula ehtiyacı olan vətəndaşlarına dəstək kreditinə başladı. Bizimxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dövlət bankların verdiyi kreditlərə ciddi nəzarət edir.

Məlumata görə, artıq banklardan milyonlarla insana SMS mesajları göndərilib. Faizləri olduqca aşağı olan bu kreditlər 5-7, 5 və 10 min lirə təşkil edir. Həmçinin şərtlərdə daha həssas məqam odur ki, kredit götürən vətəndaş 6 ay nə faiz, nə də ödəniş edəcək. 6 aydan sonra bu kreditlər 30 ay müddətinə geri alınacaq.

Böyük marağa səbəb olan kredit üçün müraciətlər davam edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.