Türkiyə 1 ildə media reklamına 2 milyard dollar xərcləyib
11-04-2020, 13:27
Türkiyənin 5 böyük reklam şirkəti 2019-cu ildə ölkənin media bazarına yönələn reklam dəyərini açıqlayıb.
Bizimxeber.az xəbər verir ki, Türkiyədə 2019-ci ildə ümumi reklam və media sərmayələrinin miqdarı 11 milyard 49 milyon TL təşkil edib.
2019-cu ilin sonuna olan məlumata görə, sektorda 46 faiz bazar payı olan televiziya təşkilatları, media yatırımlarında ən böyük paya sahib olub. Televiziya rəqəmsal kanalları 33,3 faizlə izlənib.