Xəlifə Haftar ordusu Türkiyə istehsalı olan PUA vurub
11-04-2020, 21:13
Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu, Milli Razılıq Hökuməti qüvvələrinə məxsus pilotsuz uçan aparatı vurub. Ovqat.com Liviya mediyasına istinadən xəbər verir ki, vurulan PUA-nın Türkiyə istehsalı "Bayraktar" model olduğu bildirilir. Qeyd edək ki, Türkiyə Liviya Milli Razılıq Hökumətini açıq şəkildə dəstəkləyir.