Türkiyə xarici işlər nazirindən Azərbaycan paylaşımı: “Tək millət, tək ürək, Azərbaycan - Türkiyə!” - VİDEO

12-04-2020, 00:30           
Türkiyə xarici işlər nazirindən Azərbaycan paylaşımı: “Tək millət, tək ürək, Azərbaycan - Türkiyə!” - VİDEO
Türkiyə Xarici İşlər naziri Mevlüt Çavuşoğlu “Twitter” hesabından Azərbaycanla bağlı paylaşım edib.

Oxu.Az-ın xəbərinə görə, o bildirib ki, Heydər Əliyev Mərkəzində COVID-19-la ortaq mübarizə çərçivəsində Türkiyə bayrağının əks olunmasına münasibət bildirib: “Tək millət, tək ürək, Azərbaycan-Türkiyə! #BirliktəYeneceğiz”.

Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə aprelin 11-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə Respublikasının bayrağı bu ölkənin musiqisinin müşayiəti ilə videoproyeksiya olunub.

Əlavə olaraq bildirək ki, aprelin 3-dən başlayaraq virusdan zərərçəkən hər bir dövlətin bayrağı həmin ölkənin musiqisinin sədaları altında Mərkəzin binası üzərinə proyeksiya olunur. Bununla Heydər Əliyev Mərkəzi COVID-19-un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.

İndiyədək koronavirusun geniş yayıldığı Çin, Fransa, Almaniya, İran, İtaliya, Rusiya və İspaniyanın bayraqları Mərkəz binasının üzərində nümayiş olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru