İsrailin 3 təyyarəsi Türkiyədə - Havaya qalxmasına icazə verilmədi

12-04-2020, 01:40           
İsrailin 3 təyyarəsi Türkiyədə - Havaya qalxmasına icazə verilmədi
İsrailə məxsus 3 təyyarə yeni tip koronavirusla mübarizə çərçivəsində tibbi ləvazimat almaq üçün Türkiyəyə gəlib.

Yerli KİV-in məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail rəhbərliyinə müraciət edərək bildirib: “Eyni ləvazimatlardan, eyni miqdarda birbaşa fələstinlilərə göndərmək istəyirik. Buna icazə verin”.

İsrail tərəfi təklifi qəbul etmədiyinə görə təyyarələrin havaya qalxmasına icazə verilməyib.

Məsələ ilə bağlı İsrail mediasında vurğulanıb ki, Türkiyə birbaşa Qəzzaya tibbi ləvazimat göndərmək istəsə də, sionist İsrail rəhbərliyi buna razı olmayıb: "Nəticədə təyyarələr İstanbulda qalıb. İsrail Türkiyədən tibbi ləvazimatlar almaqdan imtina edib”.

Bu arada məsələyə Fələstin tərəfi münasibət bildirib. “Yeni Akıt”ın məlumatına görə, Fələstinin müraciətində deyilir: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan Allah razı olsun. Türkiyə və onun lideri Ərdoğan eyni zamanda bizim liderimizdir. Bizi fikirləşir, bizə tibbi ləvazimat göndərmək istəyir. Ancaq İsrail buna izn vermir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.