4 ton pulu dezinfeksiya etdi - Fotolar

14-04-2020, 12:14           
4 ton pulu dezinfeksiya etdi - Fotolar
Türkiyədə maraqlı hadisə yaşanıb. Belə ki, Dövri-Aləm Pul Muzeyinin sahibi Əsəd Kaplan muzeyindəki bütün pulları koronavirus səbəbilə dezinfeksiya edib.

Yenisabah.az xəbər verir ki, Qaziantepdən olan Əsəd Kaplan uzun illər Hollandiyada yaşayıb, 20 il əvvəl isə vətəni Türkiyəyə qayıdıb. O, Hollandiyada pul yığmağa başlayıb,daha sonra bu hobbisini ölkəsində davam etdirib.Onlarla ölkəyə məxsus əskinasları və sikkələri 11 il əvvəl qurduğu Dövri-Aləm Pul Muzeyində nümayiş etdirməyə başlayıb. Təxminən 4 ton pulu olan Əsəd Kaplan koronavirus yayılmasından sonra pullarını dezinfeksiya etmək qərarına gəlib. O, qoruyucu paltar geyinərək pulları bir müddət şüşə qabın içərisində dezinfeksiyaedici dərmanında saxlayıb və sonra bankalara yerləşdirib.

Dünyada bütün ölkələrə məxsus pulun özündə olduğunu deyən Kaplan ən çox bakteriyanın pulda olduğunu, ona görə belə bir addım atdığını deyib: "Biz də təmizlik prosesini yerinə yetirməyə çalışdıq. Bankalarımı təmizləsin,mümkün qədər kağız və metal pulları dezinfeksiya elədim. Ən böyük istəyim mövcud vəziyyətdən qurtulmaq və qonaqları muzeyimizdə təkrar qarşılamaqdır".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.