Bakı elit ordu yaradır, yardıma hazırıq – Qazax polkovnik

15-04-2020, 00:00           
Bakı elit ordu yaradır, yardıma hazırıq – Qazax polkovnik
Qazaxıstan Azərbaycana elit dağ atıcılarından ibarət ordu yaratmağa kömək edə bilər.

Bu barədə Axar.az-a açıqlamasında Qazaxıstan Respublikası Müdafiə Nazirliyinin analitik mərkəzinin keçmiş komitə rəhbəri, ehtiyatda olan polkovnik Georgi Dubovtsev deyib. Onun sözlərinə görə, Azərbaycanda tam yeni xüsusi təyinatlı dəstələrin (dağlıq ərazidə müəyyən döyüş tapşırıqlarını yerinə yetirə bilən dağ atıcıları) yaradılması ilə bağlı aktiv işlər gedir:

“Beynəlxalq hərbi əməkdaşlıq çərçivəsində Qazaxıstan Silahlı Qüvvələri Rusiya, Pakistan, Hindistan və bir sıra digər ölkələrin Silahlı Qüvvələri ilə xüsusi dağ təlimlərində qarşılıqlı fəaliyyət göstərir. Bundan əlavə, ABŞ, Böyük Britaniya, Türkiyə və digər dövlətlərin hərbçiləri ilə birgə təlimlərdə dağ şəraitində xüsusi əməliyyatların tətbiqi məsələləri işlənilir. Xarici mütəxəssislərin rəyinə əsasən, Qazaxıstan ordusunda dağ təlim sistemi olduqca səmərəli şəkildə təşkil edilib”, - deyə həmsöhbətimiz qeyd edib.

G.Dubovtsevin sözlərinə əsasən, Qazaxıstan ordusunun dağlıq şəraitdə əməliyyatlar üçün nəzərdə tutulmuş bölmələri və yardımçı dəstələri mövcuddur:

“Məhz bu səbəbdən Qazaxıstan Azərbaycanın bu yeni qoşunlarının təlimində səmərəli köməklik göstərə bilər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru