Türkiyə sahillərində zəlzələ olub 15-04-2020, 06:45 Türkiyə sahillərinin Aralıq dənizində 4,0 bal gücündə zəlzələ baş verib.Trend-in məlumatına görə, zəlzələ yerli vaxtla saat 01:38 qeydə alınıb.Zəlzələnin episentri Hatay vilayətinin Yayladağı rayonu sahillərində olub. Yeraltı təkanların ocağı 27,45 kilometr dərinlikdə yerləşib.Zəlzələ nəticəsində xəsarət alan və dağıntılar barədə məlumat verilməyib. Facebook-da paylaş