Türkiyədə koronavirusdan ölənlərin sayı 1 500-ü keçdi
16-04-2020, 00:00
Türkiyədə daha 115 nəfər koronavirusdan ölüb.
Yenisabah.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir ölkədə koronavirusdan ölənlərin ümumi sayı 1 518 nəfərə çatdığını açıqlayıb.
Səhiyyə naziri digər statistik məlumatları da paylaşıb:
"Bu gün 34 090 test keçirilib, 4 281 yeni yoluxma aşkarlanıb. Yoluxanların ümumi sayı 65 111 nəfərdir. Bu gün daha 875 pasiyent sağaldı, ümumi say 5 674 nəfərdir"