Türkiyədə qorxulu görüntülər - Çayda tabutlar üzür + VİDEO

17-04-2020, 00:01           
Türkiyədə qorxulu görüntülər - Çayda tabutlar üzür + VİDEO
Bütün dünyanın koronavirusla mübarizə apardığı dönəmdə çayda üzən tabutları görən kəndlilər qorxuya düşüblər.

Milli.Az haberler-ə istinadla xəbər verir ki, Türkiyənin Baybrut vilayətindən keçən Çoruh çayında üzən tabutları görən kəndlilər panikaya düşüblər.

Onlar məsələ ilə bağlı polisə müraciət ediblər. Araşdırmalar nəticəsində məlum olub ki, bunlar ölkə xaricində vəfat edən türkiyəliləri ölkəyə gətirmək üçün istifadə edilən tabutlardır. Belə ki, ölüyuyanlar tabutların içərisindəki cəsədləri kəfənə bükərək dəfn edildikdən sonra onları çaya buraxıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru