Krım tatarlarının azadlığı uğrunda fədakarlıq etmiş İbrahim Muxtar Altan Nyu Yorkda koronavirusdan vəfat edib.
Axar.az xəbər verir ki, bu barədə sosial mediada məlumat yayılıb.
Qeyd edək ki, ABŞ koronavirusa yoluxma və bu virusdan ölüm hallarına görə dünyada birinci yeri tutur. Son məlumata görə, ABŞ-da 710.272 nəfər koronavirusa yoluxub, onlardan 37.175 nəfər ölüb.