Market sifarişini gətirən kuryer qadını öldürdü

19-04-2020, 03:27           
Market sifarişini gətirən kuryer qadını öldürdü
Türkiyədə market sifarişi gətirən kuryer evinə gəldiyi qadını öldürüb.

“HaberGlobal” məlumat verir ki, İstanbul şəhərində küçəyə çıxma qadağasına görə 79 yaşlı qadın marketdən ərzaq sifariş verib.

Sifarişi gətirən kuryer Rəcəb Y. ilə qadının arasında mübahisə düşüb.

Kuryer qadından bundan əvvəlki alış-verişi üçün ödəmədiyi 8 lirə (təxminn 2 AZN) pulu istəyib. Qadın pulu verməyəcəyini deyib. Bu zaman Rəcəb Y. ayaqqabı bağı ilə qadını boğaraq öldürüb. Sonra isə o, qadının mobil telefonunu oğurlayaraq evdən qaçıb.

Yaşlı qadının cansız bədəni onunla əlaqə yarada bilməyən qızı tərəfindən tapılıb.

Polis kuryeri tutub. Hər şeyi etiraf edən həmin şəxs telefonu da satdığını deyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.