İstanbulda dünyanın ən böyük xəstəxanalarından biri istifadəyə veriləcək- Mayın 29-da

27-05-2020, 01:07           
İstanbulda dünyanın ən böyük xəstəxanalarından biri istifadəyə veriləcək- Mayın 29-da
Dünyanın ən böyük xəstəxanalarından biri olacaq İstanbulun “Professor Feriha Öz” adına fövqəladə vəziyyət və pandemiya xəstəxanası mayın 29-da istifadəyə veriləcək.

184 min kvadratmetr ərazidə inşa olunan bu xəstəxananın əsas binası 70 min kvadratmetrlik sahəni əhatə edir. İki hissə və səkkiz blokdan ibarət bu tibb müəssisəsi 1010 xəstə üçün nəzərdə tutulub. Birmərtəbəli xəstəxana binası ən son texnologiyalarla təchiz olunub.

Digər, Atatürk Hava Limanının ərazisində inşa edilən “Professor Murat Dilmener” xəstəxanasının isə mayın 31-də açılması planlaşdırılır(azərtac).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru