Türkiyədə koronovirusla bağlı bəzi məhdudiyyətlər götürülür

27-05-2020, 08:56           
Türkiyədə koronovirusla bağlı bəzi məhdudiyyətlər götürülür
Türkiyədə yeni növ koronavirusa (COVID-19) qarşı sistemli mübarizə tədbirləri çərçivəsində tətbiq olunan növbəti komendant saatı rejimi bu gün saat 00:00-da başa çatıb.

APA "Anadolu"ya istinadən xəbər verir ki, dörd gün əvvəl Türkiyədə tətbiq olunan növbəti komendant saatı rejiminə Daxili İşlər Nazirliyi nəzarət edib.

Nazirliyin məlumatına görə, prosesin davam etdiyi dörd gündə tətbiq olunan qaydaları pozduğuna görə, 47 min 831 nəfər haqqında hüquqi tədbir görülüb. Budəfəki komendant saatı rejimi əvvəlkilərdən fərqli olaraq məhdud bölgələri deyil, bütün ölkəni əhatə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru