Hulusi Akar hərbi heyətlə Azərbaycana səfər edib

12-08-2020, 21:09           
Hulusi Akar hərbi heyətlə Azərbaycana səfər edib
Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin bir qrup hərbi heyəti ilə Azərbaycana səfər edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Hulusi Akar "Twitter" səhifsində yazıb.

Nazir bildirib ki, sabah Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycan-Türkiyə Quru Qoşunları və Hərbi-Hava Qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi günü çərçivəsində təlimlərin birinci mərhələsinin son epizodunu izləyəcək. /APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru