Türkiyədən BƏƏ açıqlaması: Bu ölkəyə sözü keçən...

16-08-2020, 00:04           
Türkiyədən BƏƏ açıqlaması:
İsraillə müqavilə imzalayaraq Fələstin məsələsinə xəyanət etmək üz qarasıdır.

Axar.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop deyib.

O bildirib ki, BƏƏ-nin İsraillə anlaşmasının məqsədi Türkiyəni proseslərdən uzaq tutmaqdır:

“Bu da aydın oldu. İsraillə əməkdaşlıq Fələstin məsələsinə xəyanətdir. BƏƏ xəyanət içərisində mövqe sərgilədi. Buna görə utanmalıdır. Buradan BƏƏ-ni əməlinə görə qınayıram. Bu ölkəyə sözü keçən İslam ölkələrinə mövzu ilə bağlı tədbir görməyi tövsiyə edirəm”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru