Kipri qorxu bürüdü: Blef deyil, türklər bunu edəcəklər

17-08-2020, 09:01           
Kipri qorxu bürüdü:
Türklər blef eləmir. Biz Maraşın açılmasının qarşısını almaq üçün əlimizdən gələni edəcəyik.

Axar.az xəbər verir ki, bunu Cənubi Kiprin guya "Maraş bələdiyyəsi sədri" olan Simos Yoannu deyib.

“Biz bütün aidiyyəti təşkilatlara, mərkəzlərə müraciət edəcəyik. Maraşın tamamilə açılması Kipr böhranının məzar daşı və razılaşdırılmış həll yolunun sonu ola bilər. Bu şəhərin açılmasının qarşısını dərhal almaq lazımdır”, - o bildirib.

Qeyd edək ki, Türkiyə mediası 46 ildir bağlı olan Maraş şəhərinin bu ilin sonuna kimi yenidən açılacağı haqda məlumat yayıb.

“Kabus şəhər” kimi tanınan Maraş Kipr Sülh Hərəkatından sonra Şimali Kipr tərəfindən hərbi bölgə elan edilib və təhlükəsizlik üçün ərazidə yaşayan əhali təxliyə olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru