Türkiyədə FETÖ əməliyyatı: 41 nəfər saxlanıldı

18-08-2020, 11:06           
Türkiyədə FETÖ əməliyyatı: 41 nəfər saxlanıldı
Türkiyənin İzmir şəhərində Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı əməlliyyat keçirilib.

Cebhe.info Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri daxilindəki gizli FETÖ qruplaşmasına qarşı aparılan əməliyyat nəticəsində 54 şübhəlidən 41-i saxlanılıb.

İzmir baş prokurorluğunun apardığı istintaqa cəlb edilmiş 41 hərbçidən 30-u hazırda Türkiyə Silahlı Qüvvələrində xidmət edir, 11-i isə təqaüdə çıxmış zabit, qalanı hava, quru, jandarma və dəniz qoşunlarının xidmətçiləridir.

Qeyd edək ki, hazırda digərlərinin saxlanılması istiqamətində iş aparılır.

Şübhəli şəxslərin fətullahçıların şifrli mesajlaşma sistemi olan "ByLock"dan istifadə etdikləri müəyyənləşib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru