Zelenskidən Türkiyəyə jest – Selfi çəkərək paylaşdı

21-08-2020, 00:00           
Zelenskidən Türkiyəyə jest – Selfi çəkərək paylaşdı
Türk şirkəti tərəfindən Dnepr çayı üzərində inşa olunan körpüyə baş çəkən Ukrayna Prezidenti Vladimir Zelenski tikinti ərazisində foto çəkərək sosial şəbəkə hesabında paylaşıb.

Teleqraf.com xəbər verir ki, Ukrayna lideri körpünün tikintisi ilə məşğul olan şirkətlərdən son işlərlə bağlı məlumat alıb.

Zaporojye körpüsünün həm xalq, həm də dövlət üçün simvolik mənasının olduğunu deyın Zelenski tikintinin 1.5 il ərzində başa çatacağını açıqlayıb.

O, bunu “dostluq körpüsü” adlandırıb.

Dnepr çayı üzərində inşa olunan körpünün uzunluğunun 9.1 km olacağı deyilib. Tikintinin 11 milyard 918 milyon qrivnaya (təxminən 433,7 milyon dollar) başa gəldiyi açıqlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru