Türkiyə Müdafiə Nazirliyi Azərbaycana başsağlığı verdi: "Ermənistan qəhrəman əsgərimizi şəhid edib"

22-09-2020, 07:24           
Türkiyə Müdafiə Nazirliyi Azərbaycana başsağlığı verdi: "Ermənistan qəhrəman əsgərimizi şəhid edib"
Türkiyənin Milli Müdafiə Nazirliyi bu gün Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlunun şəhid olması ilə bağlı başsağlığı yayıb.

Bağşsağlığında deyilir: “Dağlıq Qarabağı qanunsuz olaraq işğal etmiş Ermənistan indi də Tovuz istiqamətində atəşkəsi pozaraq qəhrəman Azərbaycan əsgərimizi şəhid edib. Şəhidimizə Allahdan rəhmət, bütün azərbaycanlı qardaşlarımıza başsağlığı diləyirik! Ermənistan odla oynamağı dərhal dayandırmalıdır!".















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru