Berdıməhəmmədovdan daxili işlər nazirinə son xəbərdarlıq: “Əks halda...”

22-09-2020, 09:12           
Berdıməhəmmədovdan daxili işlər nazirinə son xəbərdarlıq: “Əks halda...”
Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov 21 sentyabrda vəzifəsini lazımınca yerinə yetirmədiyi üçün ölkənin daxili işlər naziri Mammetxan Çakıyevə sərt töhmət verib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu haqda Qurbanqulu Berdıməhəmmədov əmr imzalayıb.

Əmrə əsasən ona son xəbərdarlıq edilib.

Berdıməhəmmədov Çakıyevdən çatışmazlıqları ən qısa zamanda düzəltməsini tələb edib. Digər məlumatlar verilmir.

Dövlət Gömrük Xidmətinin rəisi Maksat Xudaykulıyev də sərt töhmət alıb. O da vəzifə borclarını lazımınca yerinə yetirə bilmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru