Ərdoğan Merkellə RAZILAŞDI: "Yunanıstanın atacağı addımlar..."

23-09-2020, 00:08           
Ərdoğan Merkellə RAZILAŞDI:
Türkiyə Prezident Rəcəb Tayyib Әrdoğan Avropa İttifaqı Şurasının sәdri Şarl Mişel vә Almaniya kansleri Angela Merkel ilә görüşüb.

Publika.az xəbər verir ki, Prezident Aparatının mәtbuat xidmәtinin verdiyi mәlumata әsasәn, videokonfrans formatında keçirilәn görüşdә Türkiyә-Aİ münasibәtlәri әhatәli şәkildә müzakirә olunub.

Şәrqi Aralıq dәnizindәki proseslәrlə əlaqədar Türkiyә vә Yunanıstanın araşdırma danışıqların başlamağa hazır olduğu ifadә edilib.

"Danışıqlar prosesində Yunanıstanın atacağı addımlar әhәmiyyәtlidir. Kıbrıs türklәri daxil olmaqla tәrәflәrin iştirakı ilә tәşkil edilacәk regional konfransda konstruktiv qәrarların qәbul edilәcәyinә inanıram", - deyə, Türkiyə prezidenti deyib..

Әrdoğan bildirib ki, Aİ-nin Türkiyә ilә әmәkdaşlığını güclәndirmәsi regional problemlәrin hәllinә töhfә verәcәk.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru