Dronlar havaya qaldırıldı - Qadın terrorçular təslim oldu

22-09-2020, 23:44           
Dronlar havaya qaldırıldı -
Türkiyə təhlükəsizlik qüvvələrinin İğdır bölgəsində həyata keçirdiyi “İldırım-3” antiterror əməliyyatı çərçivəsində hərbi pilotsuz aparatlarla yerləri müəyyən edilən iki qadın terrorçu təslim olub.

Teref.az xəbər verir ki, məlumatı Türkiyənin Daxili İşlər Nazirliyi yayıb. Bildirilir ki, qadın terrorçular aparılan danışıq nəticəsində təslim olmaq yolunu seçiblər.

“İldırım-3” antiterror əməliyyatı çərçivəsində məhv edilən digər bir terrorçunun isə şəxsiyyəti müəyyənləşdirilib. Həmin terrorçu Türkiyənin Daxili İşlər Nazirliyi tərəfindən təhlükəli terrorçu qismində axtarılan “Roni” ləqəbli Holis Ərdoğan olub.teleqraf.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru