KİV: Suriyanın Türkiyə ilə sərhəddə yerləşən şəhərində partlayış nəticəsində 7 nəfər öldü 27-09-2020, 00:00 Bu gün Suriyanın Türkiyə ilə sərhəddə yerləşən Ras əl-Ayn şəhərində park edilmiş avtomobildə partlayış baş verib.KONKRET.az xəbər verir ki, hadisə nəticəsində ikisi uşaq olmaqla yeddi mülki şəxs həyatını itirib.Xatırladaq ki, Ras əl-Ayn şəhərində avqustun 27-də də analoji hadisə baş vermişdi. Partlayış nəticəsində 2 nəfər ölüb, 10 nəfər yaralanıb. Facebook-da paylaş