Ərdoğandan son dəqiqə Qarabağ mesajı : "Bölgədə sülhün və atəşkəsin yolu Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxmasından keçir"

2-10-2020, 00:16           
Ərdoğandan son dəqiqə Qarabağ mesajı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu dəqiqələrdə Azərbaycanın işğal altında olan Qarabağ bölgəsində gedən döyüşlərlə bağlı yeni mesaj verib.

Avropa.info xəbər verir ki, Ərdoğan facebook səhifəsində yaydığı mesajda bir daha Azərbaycanın yanında olduqlarını bəyan edib.

"İşğal altındakı torpaqlarını qurtarma və vətənlərini qoruma mücadiləsində Azərbaycanlı qardaşlarımızın yanındayıq. Bölgədə sülhün və atəşkəsin yolu Ermənistanın işğal etdiyi hər qarış Azərbaycan torpağından çıxmasından keçir" - Ərdoğan belə deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru