Çavuşoğlu BƏYAN ETDİ: "Danışıqlardan söhbət belə gedə bilməz"

2-10-2020, 00:18           
Çavuşoğlu BƏYAN ETDİ:
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğluyla rusiyalı həmkarı Sergey Lavrov arasında baş tutan telefon danışığının detalları açıqlanıb.

Publika.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi diplomatik mənbələrə istinadla məlumat yayıb.

Türkiyə XİN rəhbəri bildirib ki, ermənilər işğal altında saxladıqları torpaqlardan çıxmayınca, erməni işğalına son qoyulmayınca münaqişənin nizamlanmasına yönəlmiş danışıqlardan söhbət belə gedə bilməz.

"Əgər bu gün atəşkəs barədə anlaşma əldə olunsa belə, ermənilərin işğalına son qoyulmazsa, hərbi əməliyyatlar yenidən başlayacaq", - Çavuşoğlu bəyan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru