Daha bir ölkədən Azərbaycana DƏSTƏK: 30 mindən çox...

2-10-2020, 11:38           
Daha bir ölkədən Azərbaycana DƏSTƏK: 30 mindən çox...
Malayziya İslam Təşkilatı Məsləhət Şurası (MAPIM) Ermənistanın Dağlıq Qarabağ işğalını qınayan bəyanat yayıb.

Publika.az xəbər verir ki, bəyanatda Ermənistanın beynəlxalq hüquq normaları və atəşkəsi pozaraq Azərbaycan torpaqlarında dinc əhalini hədəf alması qınanılıb.

Şuranın baş katibi Möhd Əzmi Əbdül Həmid yazılı açıqlamasında Azərbaycan-Ermənistan münaqişəsinin beynəlxalq uzlaşma yolu ilə həll edilməli olduğunu vurğulayıb: “Dinc əhalinin zərər görəcəyi hərbi münaqişələrdən başqa sülh müzakirələrinin aparılması lazımdır. Böyük miqyasda azərbaycanlı əhalinin yaşadığı torpaqları işğal edən erməni separatçılarının vəziyyəti daha da pisləşdirməsinə icazə verilməməlidir. Separatçılıq bölgədə ən az 30 min insanın ölümünə və minlərlə insanın yurdundan sürgün edilməsinə səbəb olub”.

Əbdül Həmid, bununla yanaşı, 1994-cü ildə əldə olunan atəşkəs razılaşmasının yenidən təsis edilməsi tərəfdarı olduqlarını vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru