Qırğızıstanda etirazçılar həbsdə olan sabiq prezident Almazbek Atambayevi azad ediblər - VİDEO

6-10-2020, 02:30           
Qırğızıstanda etirazçılar həbsdə olan sabiq prezident Almazbek Atambayevi azad ediblər - VİDEO
Qırğızıstanda etirazçılar dövlət administrasiyasının da yerləşdiyi parlament binasını ələ keçiriblər.

APA xəbər verir ki, bu barədə “TASS” agentliyinin hadisə yerində olan müxbiri bildirib.

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə iki saatlıq qarşıdurmadan sonra etirazçılar Qırğızıstanın dövlət başçısı administrasiyasının da yerləşdiyi binanın yaxınlığındakı hasarlanmış əraziyə keçməyə nail olublar. Mühafizəçilər ərazidən uzaqlaşıblar.

Parlament seçkilərinin nəticələri ilə razılaşmayan etirazçılar daha sonra Qırğızıstanın paytaxtındakı Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin (MTDK) İstintaq Təcridxanasının binasına girərək orada həbsdə olan keçmiş prezident Almazbek Atambayevi sərbəst buraxıblar.

Etirazçılar bunun üçün təcridxananın qapılarını sındırıblar. Xüsusi təyinatlılar da Atambayevin və onun tərəfdarlarının sərbəst buraxılmasını tələb edən etirazçılara qoşulublar.

Xatırladaq ki, A.Atambayev 2019-cu ilin avqustunda tutulub və o vaxtdan bəri MTDK-nin İstintaq Təcridxanasında saxlanılırdı. Ona qarşı korrupsiya və kütləvi iğtişaşların təşkili kimi bir sıra ittihamlar irəli sürülmüşdü. A.Atambaev 2011-2017-ci illərdə Qırğızıstana rəhbərlik edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru